Əməkdaşın işdən azad edilməsinin düzgün qaydası necədir? — MyCareer

Əməkdaşın işdən azad edilməsinin düzgün qaydası necədir?

Əməkdaşın işdən azad edilməsinin düzgün qaydası necədir?

Əməkdaşın işdən azad edilməsinin düzgün qaydası necədir?

İşdən azad edilmək çox ağrılı bir prosedurdur. Bəzən bu, təkcə işdən azad olunan əməkdaşda yox, həm də onu işdən azad edən şəxsdə — istər şirkət rəhbərində, istərsə də İnsan Resursları (HR) üzrə menecerdə stress yaradır. Buna görə də bu xoşagəlməz prosesə hazırlaşmaq lazımdır.

Bu prosesin hüquqi aspekti (ətraflı şəkildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10,11 və 12-ci Maddələrində göstərilir), daha çox, “texniki” səciyyə daşısa da, onun psixoloji və korporativ cəhətləri də az əhəmiyyət kəsb etmir. Çünki HR əməkdaşı təkcə kadrlar və ya insan resursları üzrə deyil, həm də “insani münasibətlər” üzrə mütəxəssisdir. O, istənilən vəziyyətdə etik və peşəkar səviyyədə davranmalı, işdən azad olunan keçmiş həmkarında iş yerini itirməsindən yaranan stress vəziyyətinin yüngülləşdirilməsinə kömək etməlidir (çünki əksər hallarda, işdən azad olunan əməkdaşın şəxsi karyerası zərbə almaqla bərabər, onun ailəsinin maddi rifah halı da ciddi təsirə məruz qalır).

Ştatında 60 əməkdaş çalışan idarə rəhbəri Anar Məmmədovun fikrincə, «Əməkdaşən işdən azad edilməsinə son dərəcə ehtiyatla yanaşmaq lazımdır. Peşəkarlıq və emosional mətinlik səviyyəsindən asılı olmayaraq, əməkdaşın işdən azad edilməsi hər zaman stress yaradır…» Bəs əməkdaşın işdən azad edilməsinin düzgün qaydası necədir?

«Əməkdaşın işdən azad edilməsinin düzgün qaydası», işdən azad edilən əməkdaşla kompleks işlərin həyata keçirilməsini, o cümlədən həmin əməkdaşa qarşı sayğılı yanaşılmasını, ona mənəvi və psixoloji dəstək verilməsini nəzərdə tutur. Bu cür yanaşma məntiqi arqumentlərin irəli sürülməsini istisna etməsə də, həmçinin, insanın önəm verdiyi dəyərlərin nəzərə alınmasını, onun özünə inamının yüksəldilməsini və öz gücünə əminliyinin yüksəldilməsini nəzərdə tutur. «Əməkdaşın işdən azad edilməsinin düzgün qaydası» aşağıdakı əsas mərhələlərdən ibarətdir:

  1. Hazırlıq mərhələsi.
  2. Ünsiyyət: işdən azad olunan əməkdaşın həmin qərar haqqında məlumatlandırılması, onun dəyərləri üzərində iş.
  3. İşdən azad olunan əməkdaşa dəstək verilməsi.

1. Hazırlıq mərhələsi.

Əməkdaş, onun motivləri, tələbatları, cari həyati problemləri haqqında biliklərə əsaslanaraq, onunla söhbətin taktikasını müəyyən etmək lazımdır. Əməkdaşın işdən azad olunması haqqında söhbət mürəkkəb danışıqlara aiddir və ona hərtərəfli hazırlaşmaq lazımdır. Bundan sonra onunla söhbət etmək üçün vaxt ayırmaq (çox güman ki, buna 10 – 30 dəqiqə sərf olunacaq) və bu zaman mütləq mümkün emosional “partlayışları” nəzərə almaq lazımdır. Həmçinin, söhbətin məxfiliyi təmin edilməli və kənar şəxslərin iştirakının qarşısı alınmalıdır.

2. Ünsiyyət.

Şübhəsiz ki, bu, əməkdaşın işdən azad olunması prosesində ən çətin mərhələlərdən biridir və onu yalnız təcrübədə mənimsəmək olar.

İnsan Resursları üzrə mütəxəssis, işdən azad olunan əməkdaşın hisslərini onunla səmimi qəlbdən bölüşdürdükdə, daha səmərəli ünsiyyət əldə olunacaq. Ünsiyyətə, işdən azad olunan əməkdaşın şirkətə verdiyi töhfələrin, həmkarların və rəhbərliyin onun haqqında müsbət rəylərinin qeyd olunması ilə başlamaq daha yaxşıdır. Müsbət qiymətləndirmə prosedindən, tədricən, şirkətin həmin əməkdaşı işdən azad etmək qərarının səbəbinə keçmək olar. İşçi heyəti üzrə menecer işdən azad olunan əməkdaşa anlatmalıdır ki, onun işdən azad olunması haqqında qərar obyektiv faktlar əsasında qəbul edilib. Ünsiyyət zamanı “hər şey yaxşı olacaq”, “həyatınız qaydasına düşəcək” və s. bu kimi əsassız iddialara yol verməmək tövsiyyə olunur.

İşdən azad edilməsi barədə xəbərə insanın reaksiyası bir çox amillərdən: öz peşəkarlığına inamından, emosionallığından, planlaşdırılan dəyişikliklər haqqında məlumatlılığından, bu işin onun üçün zəruriliyindən və bir çox digər xüsusiyyətlərdən asılıdır. Bəzi insanlar öz emosiyalarını idarə etməyi bacarmır: əsəblərini cilovlaya bilmir, “ürəyindən keçənləri” açıb tökürlər. Onlara baş verənləri dərk etməsi, fikirlərini toplaması, sakitləşməsi üçün vaxt vermək lazımdır. Onları tələsdirmək, sıxışdırmaq, söhbəti kəskin şəkildə əməli işlərə (işlərin təhvil verilməsinə, sənədlərin rəsmiləşdirilməsinə, hesabatların təqdim edilməsinə və s.) yönəltmək olmaz.

Ünsiyyət prosesində həlledici məqam məhz çılğınlığın ifadə edilməsi ilə əlaqədar ola bilər. Bu zaman İnsan Resursları mütəxəssisinin vəzifəsi həmin əməkdaşa sayğılı yanaşmaqdan, onun hisslərini başa düşməkdən, “yanan alovu söndürməkdən”, insanın öz açığını, qorxusunu, düşüncələrini dilə gətirməsinə imkan yaratmaqdan ibarətdir. Hətta əgər işdən azad olunan əməkdaş, “itiriləsi bir şeyin olmadığına” əsaslanaraq öz acığını, əsassız da olsa, həmin mütəxəssisin üzərinə töksə də, onu sonadək dinləmək lazımdır.

3. İşdən azad olunan əməkdaşa dəstək verilməsi

İnsan Resursları mütəxəssisi, işdən azad olunan əməkdaşa əlavə kömək təklif edə bilər:

  • Tərcümeyi-halın tərtib olunmasında kömək etmək;
  • Tövsiyyə məktubu hazırlamaq;
  • Tərcümeyi-halı İnternetdə yerləşdirmək;
  • Əsas məşğulluq saytlarının siyahısını təqdim etmək;
  • Müsahibələrdən keçməyə dair tövsiyyə vermək;
  • İşdən azad olunmuş əməkdaş haqqında İnsan Resursları üzrə digər həmkarlarına məlumat vermək.

Yeri gəlmişkən, İnsan Resursları üzrə mütəxəssis, işdən azad olunmuş əməkdaş haqqında özünün digər həmkarlarına məlumat verdikdə, həmin əməkdaş öz bilik və təcrübələrinin qiymətləndirildiyini və başqa bir şirkət üçün faydalı ola biləcəyini dərk edir.

Yuxarıda göstərilən bütün tədbirlər, İnsan Resursları üzrə mütəxəssisdən əlavə səy və enerjinin sərf olunmasını tələb edir, amma məhz bu cür mürəkkəb məsələlərin həll edilməsi təcrübəsi onu peşəkarlıq səviyyəsinə yüksəldir.

Son olaraq, bir daha xatırlatmaq istərdik ki, əməkdaşın işdən azad olunması, ilk növbədə, hüquqi prosesdir və İnsan Resursları üzrə peşəkar mütəxəssis buməsələni hüquqi cəhətdən düzgün qaydada həll etməlidir.

Напишите то что вы думаете об этом

Контакты

Администрация сайта не несёт ответственности за обьявления.
Контакты:(055) 228 9399
e-mail:admin[@]mycareer.az



Рейтинг@Mail.ru

Это демо-магазин для тестирования — заказы не исполняются.