Buraxılış və qəbul imtahanları: hansı yeniliklər var? — MyCareer

Buraxılış və qəbul imtahanları: hansı yeniliklər var?

Buraxılış və qəbul imtahanları: hansı yeniliklər var?

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu başlayıb. Ərizə qəbulu mayın 12-dən iyunun 5-dək internet vasitəsilə aparılır.

Dövlət İmtahan Mərkəzinin (DİM) sözçüsü Xanlar Xanlarzadə deyir ki, buraxılış imtahanlarının iyun ayından etibarən bölgələr üzrə keçirilməsi nəzərdə tutulur.Qəbul imtahanlarıı isə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarından asılı olaraq, iyul ayının 20-dən sonrakı dövrdə 1 dəfə keçirilməsi nəzərdə tutulur.

«Sabah vəziyyət fərqli olarsa, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarına əsasən, hər hansı dəyişiklik istisna deyil,»- o deyir.

«Sanitar- gigyenik normalara uyğun«

Koronavirus epidemiyasına görə Azərbaycanın iri şəhərlərində karantin rejimidir və ölkənin bütün təhsil müəssisələrində tədris dayandırılıb. Ona görə də orta məktəblər üzrə buraxılış imtahanları hələ keçirilməyib.

Həm buraxılış, həm də qəbul imtahanlarında martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur, Dövlət İmtahan Mərkəzi bildirib.

Xanlar Xanlarzadənin sözlərinə görə, həm buraxılış, həm də qəbul imtahanları sanitar- gigyenik normalara uyğun təşkil olunacaq.

«İmtahanlarda kütləviliyi azaltmaq üçün bir zalda maksimum 15-ə qədər şagirdin olması nəzərdə tutulur. Bir partada bir şagird olacaq,»- o deyir.

Cənab Xanlarzadə bildirir ki, kütləviliyin qarşısını almaq üçün imtahanlar lokallaşdırılacaq.

«Şagirdərin az hərəkət etməsi üçün hansı məktəb yaxındırsa, imtahan orada baş tutacaq,»- sözçü əlavə edib.

2019-cu ildən Azərbaycanda abituriyentin buraxılış və qəbul imtahanlarında topladığı ballar cəmləni və ali məktəbə qəbul bunun əsasında aparılır.

Bu dəfə qəbul imtahanı mərhələsi əvvəlki illərdən fərqli olaraq, yalnız bir dəfə keçiriləcək. Son bir neçə ildə ali məktəblərə qəbul iki dəfə təşkil edilirdi və abituriyentlərə öz biliklərini sınamağa iki dəfə imkan verilirdi.

Bir qəbul imtahanından topladığı balı yetərsiz sayan abituriyent növbəti imtahana girə bilirdi və ali məktəbə qəbul üçün ən yüksək topladığı balı təqdim edə bilirdi. Bu dəfə isə abituriyentlərin ikinci şansı yoxdur.

Xanlar Xanlarzadə bunu vaxt məhdudiyyəti ilə əlaqələndirir və deyir ki, bu, gələn ildən bərpa ediləcək.

Ali məktəbə sənəd vermək istəyənlər nə etməlidir?

Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının «ekabinet.dim.gov.az» səhifəsində «Şəxsi kabinet» yaratdıqdan sonra şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, «Abituriyentin elektron ərizəsi» formasını doldurur və təsdiq edirlər.

İlk dəfə ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak edənlərdən başqa digərləri üçün müsabiqədə iştirak ödənişlidir. İmtahandan aslı olaraq bu məbləğ 10-40 AZN arasında dəyişir.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu 2020-ci il iyunun 1-dən 15-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlərin əksəriyyətinin özlərinin imkanı var ki, ərizəni özləri təsdiq etsinlər, Xanlar Xanlarzədə BBC News Azərbaycancaya deyib.

Sənəd Qəbulu Komissiyalarına getmək istəyənlər mayın 18-dən etibarın DİM-in saytından elektron qaydada növbə götürməlidirlər.

Qurum bildirir ki, hər bir imtahanın yeri və vaxtı barədə məlumat imtahandan azı 5 gün əvvəl DİM-in saytında təqdim olunacaq.

Koronavirus epidemiyasına görə xaricdə qalmış və ya karantində olan abituryentlər necə müraciət edə bilərlər? Xanlar Xanlarzadə deyir ki, ölkə xaricində olanların və ya karantində saxlananların yeganə yolu elektron müraciətdir.

«Elektron müraciət edə bilməsələr, iyunun 5-ə qədər vaxt var, ona qədər ölkəyə gələ bilərlər. Hər hansı bir dəyişiklik olarsa, məlumat veriləcək,»- o bildirib.

Напишите то что вы думаете об этом

Контакты

Администрация сайта не несёт ответственности за обьявления.
Контакты:(055) 228 9399
e-mail:admin[@]mycareer.az



Рейтинг@Mail.ru

Это демо-магазин для тестирования — заказы не исполняются.