Elektron poçtla düzgün CV göndərmək qaydaları — MyCareer

Elektron poçtla düzgün CV göndərmək qaydaları

Düzgün CV necə yazılmalıdır?

Elektron poçtla düzgün CV göndərmək qaydaları

Elektron poçtla düzgün CV göndərmək qaydaları

Elektron poçt vasitəsilə CV göndərilməsi prosesinə adi məsələ kimi yanaşmaq düzgün deyil. Belə ki, CV-nizi sadəcə göndərməklə onun işəgötürən şəxsin mütləq əlinə düşəcəyini və diqqətini çəkəcəyini düşünmək səhv addımdır.

Bəs CV-nin lazımi ünvana vaxtında çatması və rəhbər şəxsin diqqətini çəkməsi üçün nə etmək lazımdır? Aşağıda bu suala cavab olaraq bir neçə sadə və vacib qaydaları təqdim edirik:

Məktubun məzmununu qeyd edin:

Bu ilk və işəgötürən şəxslərin əsas olaraq diqqət yetirdikləri qaydadır. Elektron poçtda məzmun üçün ayrılmış hissəni mütləq olaraq doldurmaq lazımdır. Məzmun yerində müraciət etdiyiniz vakansiyaya uyğun olaraq məsələn, “Jurnalist vakansiyası üçün” və yaxud birbaşa olaraq “Mən həkiməm” qeyd edin. Bu qaydaya əməl etsəniz, məktubunuz spam filtrdən keçəcək və rəhbər şəxsin onu görməsi şanslarını artıracaq.

Məktubu əlavə sənədlə zənginləşdirin:

Rəhbər şəxsə yalnızca CV fayl əlavə edilmiş boş məktubun göndərilməsi artıq uzun müddətdir xoş qəbul edilmir. Məktub hissəsini mümkün qədər boş qoymamağa çalışın. Əgər nə yazacağınızı bilmirsinizsə bu variant sizə kömək edə bilər: “Salam! Filan vəzifə üzrə namizədliyimi nəzərdən keçirməyimizi və əlavə etdiyimiz faylda CV-im ilə tanış olmağınızı xahiş edirəm. Hörmətlə…”.

Hətta bu bəsit və şablon mətn boş email göndərməkdən daha yaxşı qarşılanır.

“Smaylik”-lərdən istifadə etməyin:

Yazışmalar zamanı “smaylik”-lərdən istifadə etmək hazırda çox populyardır. Lakin unutmayın ki, rezüme göndərmək çox işgüzar və rəsmi xarakter daşıyır və üstəlik məktubu qəbul edəcək şəxsi ümumiyyətlə tanımırsınız. Bu səbəbdən də onlardan qəti şəkildə istifadə etməyin.

Rezümenizi düzgün şəkildə əlavə edin:

Elektron məktuba mütləq olaraq özündə CV-nizi daşıyan fayl əlavə edilməlidir. Əgər faylı məktuba əlavə etməyi unutsanız bu sizin haqqınızda mənfi təəssürat yaradacaq. Məktubu göndərmədən öncə onu əlavə edib-etmədiyinizi mütləq olaraq yoxlayın.

Bir cəhəti də unutmayın: heç vaxt faylın adını “cv.doc” və s. bu kimi formalarda qoymayın. Bu zaman istifadə edə biləcəyiniz ən yaxşı variant adınızı və hansı vakansiya üzrə müraciət etdiyinizi yazasınız. Məsələn, “Məmmədov Kərim, satış məsləhətçisi vakansiyası”. İşəgötürən şəxs gün ərzində “cv.doc” adlı bir neçə email qəbul edə bilər və bu adlar içərisində CV-nizin “it-bat” olması qaçılmazdır.

Bundan əlavə, rezümenin təşkil edilməsi üçün hazır sənədinizi MSWord-un ən köhnə versiyasında saxlamağınız məsləhətdir. MSWord-un köhnə versiyası bütün yeni versiyalar tərəfindən oxunur. Cv-nizin xarici görünüşcə daha yaxşı görünməsi üçün isə onu PDF formatında saxlaya bilərsiniz.

Məktubunuzu redaktə edin:

Məktubu göndərməmişdən əvvəl orada qrammatik cəhətdən səhv edib-etmədiyinizi yoxlayın. Belə məktublarda səhvlər yolverilməzdir.

Məktubu göndərəcəyiniz ünvanı ən sonda qeyd edin:

Məktubu göndərəcəyiniz ünvanı ən sonda qeyd etməkdə məqsəd özünüzü onu yalnışlıqla yarımçıq göndərməkdən sığortalamaqdır.

Напишите то что вы думаете об этом

Контакты

Администрация сайта не несёт ответственности за обьявления.
Контакты:(055) 228 9399
e-mail:admin[@]mycareer.az



Рейтинг@Mail.ru

Это демо-магазин для тестирования — заказы не исполняются.