İş sığortası — MyCareer

Əmək məcəlləsi yazılı əmək müqavilələri barəsində müddəaları özündə əks etdirir. Qanunvericiliyə müvafiq olaraq əmək müqavilələri müddətli, müddətsiz və əvəzçilik üzrə ola bilir.

Yuxarıda deyildiyi kimi, əmək müqavilələri yazılı qaydada, hər bir tərəfə bir nüsxə verilməklə iki nüsxədə tərtib edilməlidir. Ümumi qaydaya görə, əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alınandan sonra qüvvəyə minir. Tərəflərin razılığı ilə, müqavilə Əmək Məcəlləsi ilə müəyyən edilən şablon forma üzrə tərtib edilir.  Əmək müqaviləsi həmçinin təmir-tikinti, yükləmə-boşaltma, məişət, ticarət, əkin, heyvandarlıq işlərinin həyata keçirilməsi üçün kollektiv qaydada bağlanıla bilər. Kollektiv qaydada əmək müqaviləsinin bağlanılması hər bir kollektiv üzvünün yazılı razılığı əsasında mümkündür.

Əmək müqaviləsinin bağlanılması üçün aşağıdakı sənədlər lazımdır:

  • şəxsiyyət vəsiqəsi və ya pasport;
  • əmək kitabçası;
  • dövlət sosial sığortası haqqında şəhadətnamə;
  • təhsil, ixtisas haqqında sənəd;
  • tibbi arayış (tələb olunarsa).

Əmək müqaviləsinin bağlanılması işçinin konkret yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz.

Əmək müqaviləsində aşağıdakı informasiya əks olunmalıdır:

  1. tərəflər haqqında tam məlumat;
  2. əmək funksiyası;
  3. işin görülmə yeri;
  4. əmək müqaviləsinin müddəti (müddətli və ya müddətsiz) və onun bağlanılma tarixi;
  5. işin başlanma tarixi;
  6. əmək şəraiti;
  7. iş vaxtının və istirahət rejimi;
  8. əməyin ödənilməsinin miqdarı və digər şərtlər;
  9. tərəflərin hüquq və öhdəlikləri;
  10. tərəflərin razılığı üzrə digər məlumatlar.

İşçi əmək müqaviləsi bağlanandan sonra öz vəzifələrinin icrasına başlayır. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Əgər bu əməl on nəfər və daha artıq işçiyə qarşı törədilərsə, bu əmələ görə cinayət məsuliyyəti nəzərdə tutulur. Belə olan halda, 7000 manatdan 10000 manatadək cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyən edilir   (təkrar cinayət zamanı – 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə).

Mənbələr: Əmək Məcəlləsinin 43-49 maddələri, İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsi, Cinayər Məcəlləsinin 162-1 maddəsi

Напишите то что вы думаете об этом

Контакты

Администрация сайта не несёт ответственности за обьявления.
Контакты:(055) 228 9399
e-mail:admin[@]mycareer.az



Рейтинг@Mail.ru

Это демо-магазин для тестирования — заказы не исполняются.