Marka müdiri — MyCareer

Marka müdiri Просмотров: 86Заявок: 1

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Marka müdiri

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 2 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

İşin Təsviri:

Məhsul çeşidlərinin idarə olunması, yeni çeşidlərin artırılması, bazar haqqında dolğun məlumat toplanması, satış proqnoz və planlarının təqibinin həyata keçirilməsi. Yeni məhsulların təmsilçilərə tanıtımı, istehlakçıların istəklərinə uyğun məhsulların araşdırılması, kampaniyaların, aksiyaların hazırlanması və izlənməsi işinin təşkili.

Vəzifə öhdəlikləri:

— Kateqoriyaya uyğun markaları seçmək və onları təqib etmək;
— Çeşidləri kateqoriyaya uyğun ayırmaq, satış nöqtələrini təyin etmək;
— Yeni çeşidlərin artırılması üçün müvafiq addımlar atmaq;
— İstehlakçıların ehtiyaclarını araşdırmaq, ehtiyaclara uyğun çeşidləri müəyyənləşdirmək;
— Məhsulların istifadə müddətinə nəzarəti həyata keçirmək;
— Bazarda məhsulun yayımını izləmək;
— Satış nöqtələrində çeşidlərin yayımı üçün tədbirlər hazırlamaq;
— Satış təmsilçilərində çeşid mövcudluğunu idarə etmək;
— Çeşid stoklarına nəzarət etmək, satınalma strukturu ilə birlikdə stokları mütəmadi kontrol etmək;
— Yeni fabriklərlə əlaqələr qurmaq, danışıqlar aparmaq və təkliflər hazırlayaraq rəhbərliyə təqdim etmək;
— Aylıq və günlük satış planlarını sistematik olaraq izləmək;
— Kampaniyalar hazırlamaq və onların həyata keçirilməsini izləmək;
— Vitrin və stendlərin, reklam vasitələrinin hazırlanmasını təmin etmək;
— Rəqib şirkətlərin fəaliyyətini, kateqoriya siyasətini izləmək və ehtiyac olduqda rəhbərliyə müvafiq təkliflər vermək;
— İş fəaliyyəti ilə bağlı gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.

Tələblər:

— Yaxşı səviyyədə rus dili biliyi (ingilis dili biliyinin olması arzuolunandır);
— Şəxsi avtomobilin olması mütləqdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Опыт работы

от 1 до 3

Зарплата AZN

договорная

Контактное лицо

HR Team

Возраст

от 25 до 40 лет

Пол

НЕ ИМЕЕТ ЗНАЧЕНИЯ

Телефон

cv@veyseloglu.az

Требования к кандидату

Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: - Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərinin qarşılanması; - Nahar ilə təmin edilmə. İş qrafiki: 5 günlük, 09:00-18:00 Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Marka müdiri” yazmaqla müraciət edilir.

Отправить заявку
Поделиться

Veysəloğlu Şirkətlər Qrupu maliyyə analitiki vəzifəsinə vakansiya elan edir. Fins.az-ın məlumatına görə, iqtisadiyyat, maliyyə və ya biznesin idarə olunması sahəsində ali təhsilli, maliyyə və ya mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi olan namizədlər işlə bağlı müraciət edə bilərlər.
Namizəddən asılı olaraq müəyyən ediləcək.Maraq göstərən şəxslər CV-lərini “mövzu” yerinə “Maliyyə Analitiki” sözünü qeyd etməklə cv@veyseloglu.az mail adresinə göndərə bilərlər.

Контакты

Администрация сайта не несёт ответственности за обьявления.
Контакты:(055) 228 9399
e-mail:admin[@]mycareer.az



Рейтинг@Mail.ru

Это демо-магазин для тестирования — заказы не исполняются.