Məni niyə işə götürmürlər?! — MyCareer

Məni niyə işə götürmürlər?!

Məni niyə işə götürmürlər?!

Məni niyə işə götürmürlər?!

HR xidmətdə işldiyim bir neçə il ərzində dostlarım və tanışlarımdan həmçinin iş axtaranların əksəriyyətindən onları işə götürmədikləri və ya müsahibəyə dəvət etmədikləri barədə narazılıqları tez-tez eşitmişəm. Belə ki, bir qayda olaraq, ali məktəblərin tələbat olan profillər üzrə işləməsi, çoxillik qiymətli təcrübə və müxtəlif sahələr üzrə səriştəlilik və s. kimi nəticələri ortaya  çıxır. Təcrübəli işəgötürən kimi qeyd emək istərdim ki, potensial işaxtaran olaraq yazdığım məqalənin oxucularının mənə ünvanladığı oxşar suallara cavab vermək qərarına gəldim. Razılaşın ki, şirkətin istənilən əməkdaşı kimi HR – mütəxəssis də işini dəyişmək hüququna malikdir.

Qayda N1

Ondan başlayaq ki, Azərbaycanda öz statusuna hörmət edən işəgötürən, konkret olaraq HR-departament və ya kadr xidməti uzun müddət bir sahədə çalışmış  iddiaçıya üstünlük verir. Ona görə də maliyyəçi, logistik, briqadir və lap elə təyyarəçi qismində bütün işlərin öhdəsindən gəlmək imkanlarına malik olsanız sizi təcrübəli “super kadr” kimi yuxarıda sadalanan biliklərin tələb olunmadığı bir vakansiyanı belə tutmağa dəvət edəcəklər. Müsabiqə elan edənin, işəgötürənin göstərdiyi tələblərə baxmayaraq, daha çox onları bir sfera və ya fəaliyyət sahəsində əldə etdiyiniz bir və ya iki əsas  bacarıqlar, bundan başqa yazışma aparmaq və məktubları oxumaq, blanklar tərtib etmək və s. bacarıqlarınız maraqlandırır.

Qayda N2

Başqa bir müstəsnalıq da var.  Bu ondan ibarətdir ki, mühəndis, texnoloq və ya mühasib işi axtaranların öz işləri barədə anlayışları belə yoxdur.Təcrübə göstərir ki, həkim və ya müəllim diplomu alan gənc insanlar tamamilə başqa bir sferada öz karyeralarını qururlar. Bununla yanaşı, istehsalatda texnoloq elə bir şəxsdir ki, o, məhsulun buraxılmasına və onun keyfiyyətinə görə məsuliyyət daşıyır. Bu sferada təcrübəsi olmayan 22 yaşlı şəxs sözügedən sahədə belə bir məsuliyyətli işə necə iddia edə bilər və üstəlik onu işə götürmədiklərinə görə təəccüblənər?

Başa düşürəm ki, ölkədə hər ikinci mütəxəssis, gələcək işsiz onu bu və ya digər işə təcrübəsi olmadığı üçün dəvət etmədiklərindən şikayətlənir. Ancaq sual yaranır – niyə hamı heç olmasa sal yaratmadan tələsik okeana atılır. Kard xidmətində şəxsi iş təcrübəmi assistent vəzifəsindən başlamışam. Düzdür, asan olmadı, ancaq məhz bu təcrübə sayəsində indi HR-xidməti xırdalıqlarınadək – anketlərin sadə seçimdən tam analizinədək bilirəm.

 

Qayda N3

Öz CV-nizi bir şirkətə eyni zamanda bir neçə vakansiya üçün göndərməyin. Bu təkcə işəgötürəni sizdən uzaqlaşdırmır, həm də əsəbləşdirir. Sizi mütləq kifayət qədər motivasiya olunmamış, ən əsası isə harda işləməyin fərqinə varmayan qeyri-ciddi iddiaçı kimi qiymətləndirəcəklər.  Gənc mütəxəssislərə, heç olmasa 20 yaşındaikən əvvəlcə öz peşəkar maraqlarını müəyyənləşdirməyi tövsiyyə edirəm. Bundan sonra əmək haqqına ciddi əhəmiyyət vermədən istənilən şirkətə düzəlmək mümkündür. Ancaq minimum təcrübəyə malik olandan sonra CV-nizi sanballı şirkətlərə, ciddi vəzifələr üçün göndərmək yerinə düşər. Bununla bağlı kiçik bir sirri bölüşmək istərdim. Belə hallarda işəgötürənin sizə ürəyi acıya bilər – “yazıq, əgər o, iki il belə bir şirkətdə, belə az əmək haqqı ilə çalışıbsa və bu qədər iş görübsə, biz onu mütləq müsahibəyə çağırmalıyıq”.

Qayda N4

İnternetdə iş axtaranda ilk növbədə nəyə fikir verməli olduğunuzu düşünün. Mən işədüzəltmə saytlarının istifadəçilərini dərhal üç qrupa bölürəm. Birinci qrupa vəzifədən asılı olmayaraq, yüksək əmək haqqı axtaranlar aiddir. İkinciyə konkret olaraq, təklif olunan vəzifələrlə maraqlanan insanlar daxildir. Yalnız bundan sonra onlar əmək haqqına fikir verirlər. Üçüncü tip işaxtaranların əksəriyyəti istənilən işə ehtiyacı olanlardır. Onlar üçün əsas işə düzəlməkdir. Bütün sadaladığım iş axtaranlar, 90 faiz hallarda təklif olunan işlə bağlı şərtləri sona qədər oxumurlar. Kimsə əmək haqqını görür, kimsə vəzifəyə fikir verir, başqaları isə yalnız şirkətin statusuna, lakin heç kim digər şərtləri – vəzifə öhdəliklərini, dil bilikləri üzrə tələbləri, iş rejimini, yaşı, cinsi, yaşayış yeri ilə bağlı tələbləri oxumur. Nə üçünsə hamı hesab edir ki, əgər vakansiya elan olunubsa, vəzifə və təklif olunan əmək haqqı onların gözləntilərinə uyğundursa, digər detallar ancaq formal xarakter daşıyır.

 

Qayda N5

Təsəvvür edin ki, siz artıq müsahibəyə çağrılmısınız, o zaman suallar dəstinin üzərində dəqiqliklə düşünmək, onlardan bəzilərinin cavabını əvvəlcədən hazırlamaq lazımdır. Suallardan birincisi peşə seçimi ilə bağlı ola bilər, ikincisi əvvəlki iş yerindən çıxmağınızın səbəbi, üçüncüsü gözlədiyiniz əmək haqqı və s. Müsahibədən əvvəl mütləq şirkət, onun profili, göstəriciləri, kadr siyasəti haqqında məlumatlar toplayın, səhmdarlarla, rəhbərlər şəxslərinin kimliyilə maraqlanın. Bundan çıxış edərək, elə ilk müsahibədə qarşılaşacağınız sualların cavablarını əvvəlcədən hazırlayın. Potelsial işəgötürənə əvvəlki iş yerində çalışmaqdan təngə gəldiyinizi və ya sizi layiqincə qiymətləndirmədiklərini deməyin. İş axtaranın daha yüksək əmək haqqına görə vakansiyaya müraciət etdiyini dəfələrlə təsdiqləməsi də o qədər də yaxşı qiymətləndirilmir. Həqiqəti bir qədər rəngləyin, sadəcə demək olar ki, orada gələcək perspektivi görmürsünüz və ya peşəkar ambisiyalarınızın realizasiyası üçün yeni kompaniyanı daha uyğun hesab edirsiniz. Xarici görkəm və dəqiqlik kimi nüansları da unutmayın. Müsahibəyə tez, təxminən 10-15 dəqiqə əvvəl gəlin. Bununla yanaşı, sizin xarici görünüşünüz əla olmalıdır. Xanımlar, düşünməyin ki, qısa ətək və ya dekolte paltar sizin şansınızı artıracaq. İnanın ki, əgər sizdən sonra müəyyən biliklərə malik örtülü geyimli işaxtaran gəlsə, məhz onu götürəcəklər. Müsahibə zamanı danışanın sözünün kəsməməyə çalışın, suallara qısa və aydın cavab verin, ən əsası bu zaman işdən çıxdığınız şirkəti tənqid etməyin.

Напишите то что вы думаете об этом

Контакты

Администрация сайта не несёт ответственности за обьявления.
Контакты:(055) 228 9399
e-mail:admin[@]mycareer.az



Рейтинг@Mail.ru

Это демо-магазин для тестирования — заказы не исполняются.