Sınaq müddəti — MyCareer

Sınaq müddəti

Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Əmək müqaviləsində sınaq müddəti barədə müddəanın olmaması ona dəlalət edir ki, işçi sınaq müddəti olmadan işə qəbul edilib. Əmək müqaviləsi sınaq müddətinin mövcudluğuna dəqiq işarə etməlidir. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir.

Aşağıdakı hallarda sınaq müddəti müəyyən edilə bilməz:

yaşı 18-dən az olan şəxslərlə;

 hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara,

üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;

təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;

iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;

tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda

Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. İşçi sınaq müddətini keçmədikdə əmək müqaviləsində işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmənin şərtləri göstərilməlidir. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. Mənbələr: Əmək Məcəlləsinin 51-53 maddələri

Напишите то что вы думаете об этом

Контакты

Администрация сайта не несёт ответственности за обьявления.
Контакты:(055) 228 9399
e-mail:admin[@]mycareer.az



Рейтинг@Mail.ru

Это демо-магазин для тестирования — заказы не исполняются.